UEFA prezidenti: "Heç bir federasiyaya belə bir tapşırığımız yoxdur"

UEFA prezidenti: "Heç bir federasiyaya belə bir tapşırığımız yoxdur"
Futbol
19 Mart 2020 - 01:06
UEFA prezidenti Aleksander Çeferin Avropa liqalarında koronavirusla bağlı yayılan xəbərə münasibət bildirib.

Supersport.Az-ın məlumatına görə, qurum rəhbəri mövsüm başa çatmadan heç bir komandanın çempion elan edilməyəcəyini deyib:

"UEFA hansısa komandanın indidən çempion elan olunmasını təklif etməyib. Bu xəbərlər uydurmadır. Heç bir federasiyaya belə bir tapşırığımız yoxdur. Biz çalışırıq ki, liqalar sona qədər tamamlansın".

Bir neçə gündür mətbuatda UEFA-nın ölkə liqalarını dayandıracağı və lider olan komandaları çempion elan ediləcəyi yazılırdı. Bu sırada Premyer Liqamızın lideri "Qarabağ"ın da adı var idi.

UEFA milli federasiyalara çempionatların iyunda başa çatdırılmasını məsləhət görüb.

 

Digər xəbərlər