Robert Prosineçki: "Türkiyə çempionatı dayandırılmalıdır, azarkeşsiz futbol olmaz"

Robert Prosineçki: "Türkiyə çempionatı dayandırılmalıdır, azarkeşsiz futbol olmaz"
Futbol
17 Mart 2020 - 18:30
Supersport.Az-ın məlumatına görə, milli komandamızın keçmiş baş məşqçisi Robert Prosineçki koronavirusla əlaqədar çağırış edib.

"Fənərbağça" ilə oyun ərəfəsində "Kayserispor"u çalışdıran xorvat mütəxssis açıqlamasında Türkiyə Superliqasının təxirə salınmasının vacibliyini bildirib:

"Hər oyun finaldır. Çempionatların təxirə salınmasıyla bağlı fikirlər var. Biz oyunlar keçiriləcəyindən hazılaşırıq. "Kayserispor"u superliqada saxlamaq üçün əlimizdən gələni edəcəyik. "Fənərbağça"yla oyuna özümüzəinamla çıxacağıq. İki futbolçumuzun olmaması itki olsa da, digər gözləyən oyunçular da yaxşı təsir bağışlayır. Dünyada bir panika, problem var. Avropada çox çempionat təxirə düşdü. Vətənim Xorvatiyada məktəblərə, yarışlara fasilə verildi. Əksər yerdə koronavirusa qarşı bu anlamda tədbirlər görülür. Türkiyədə Avropayla müqayisədə hazırda çox böyük problem görünmür. Son oyunda azarkeşin olmaması, boş stadionda oynamaq futbolun mühitinə ziddir. Futbol bu şəkildə olmaz, olmur. Bu səbəbdən də Avropada çempionatların təxirə düşməsi qərarı da burda gündəmə gələ bilər. Bilmirəm rəsmilər necə düşünür. Ancaq azarkeşsiz futbol heç birimizə həzz vermir".

Digər xəbərlər