Tanınmış mütəxəssisdən "evinizdə qalın" ismarıcı

Tanınmış mütəxəssisdən "evinizdə qalın" ismarıcı
Futbol
14 Mart 2020 - 18:41


Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin final mərhələsində Türkiyə yığmasının rəqiblərindən olan İtaliya seçməsinin baş məşqçisi Roberto Mançini konovirusla bağlı həyəcan siqnalı verib.

Mütəxəssis, vətəndaşların qorunmasının, evlərindən çıxmamalarının vacibliyini bəyan edib:

"Yalnız bu şəkildə bu vəziyyətdən çıxa biləcəyik. Bizə kömək etmək üçün çalışan viroloqlar, həkimlər və tibb bacılarına təşəkkür edirik. Mən hər kəsə mümkün qədər evdə qalmağı söyləmək istəyirəm, çünki tövsiyə etdikləri kimi yalnız bu şəkildə bu vəziyyətdən çıxa biləcəyik. Bu hər kəsə, kişilərə, gənclərə də aiddir: evdə qalmağa çalışın. Anlayıram ki, ola bilməz. Ancaq sadə olun. Bunu valideynləriniz və nənələriniz üçün etməlisiniz. Mən evdəyəm, siz də qalın".
İtaliyalı çalışdırıcı səhhətinin yaxşı olduğunu söyləyib.




Digər xəbərlər