Bakıdakı "Avro-2020"nin oyunları təxirə salına bilər

Bakıdakı "Avro-2020"nin oyunları təxirə salına bilər
Futbol
14 Mart 2020 - 09:19
Supersport.Az-ın məlumatına görə, Avropa turnirlərinin koronavirus epidemiyası səbəbindən təxirə salınması müddəti sentyabradək davam edəcək.

İngiltərə mətbuatı belə xəbər yayıb.

Bildirilib ki, "Avro-2020" yarışı 12 iyun - 12 iyul aralığında keçirilməsi planlaşdırılsa da, UEFA final mərhələsinin gələn il təşkil olunmasına qərar verəcək. Martın 17-də qitə qurumu rəhbərliyi üzv olan 55 ölkənin rəsmiləriylə videokonfransda bununla bağlı fikirini açıqlayacaq.

Qeyd edək ki, dünyada koronavirusdan 5 mindən çox insan vəfat edib.

 

Digər xəbərlər