Yurgen Kllinsmandan istefa qərarı

Yurgen Kllinsmandan istefa qərarı
Futbol
11 Fevral 2020 - 20:13
Almaniyanın "Herta" klubunun baş məşqçisi Yurgen Klinsman istefa verib.

O, komandanı bundesliqada saxlamaq üçün birlik, dəstək, mübarizlik keyfiyyətlərinin vacib olduğunu, bunlar olmasa məşqçi potensialını istifadə etməyəcəyini bəyan edib. 55 yaşlı mütəxəssis 11 həftə sonra bu səbəbdən vəzifədən ayrılmağa qərar verdiyini, Direktorlar Şurasına qayıdacağını bildirib. Klinsman, "Hertha"nın bundesliqada qalacağına inamını ifadə edib.

Berlin klubu istefa qərarını təəccüblə qarşılayıb. Komandanı məşqçi Aleksander Nouri çalışdıracaq.

Bundesliqada 23 xalla 14-cü sırada yer alan "Hertha Berlin" Klinsmanla 9 oyunda 12 xal toplayıb.

2004-2006-cı illərdə Almaniya milli komandasını çalışdıran, Dünya Kuboku-2006-da yığmaya üçüncülük qazandıran mütəxəssis, 2008-2009-cu illərdə "Bayern"in, 2011-2016-cı illərdə ABŞ seçməsinin baş məşqçisi olub.

Klinsman ötən il noyabrın 27-də "Herta"nı çalışırmağa başlamşdı.

Digər xəbərlər