"Səbail"də ayrılıq

"Səbail"də ayrılıq
Futbol
14 Yanvar 2020 - 21:07
“Səbail” daha bir futboçusu ilə yolları ayırıb.

Supersport.Az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, İgor Korotetskinin müqaviləsi qarşılıqlı razııq əsasında vaxtından əvvəl ləğv edilib. Ukraynalı müdafiəçiyə azad agent statusu verilib.

33 yaşlı futbolçu 2018-ci ilin yayında azad agent kimi “Səbail”ə transfer olunmuşdu.

Qeyd edək ki, "Səbail" qış fasiləsində Elvin Yunuszadə və Mirabdulla Abbasovla da yolları ayırıb.

Digər xəbərlər