"Qarabağ"ın keçmiş qolkiperinə 1.5 milyon təklif

"Qarabağ"ın keçmiş qolkiperinə 1.5 milyon təklif
Futbol
06 Yanvar 2020 - 17:29
"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa" və ya "Vest Hem"ə keçə bilər.

Supersport.Az xəbər verir ki, bu haqda Britaniyanın "Daily Star" nəşri məlumat yayıb.

İddia edilir ki, "Borntmut" Asmir Beqoviçin turnir cədvəlində yaxın izləyiciləri olan "Aston Villa" və ya "Vest Hem"ə keçidinə mane olur.

Buna görə hər iki klub yayda bosniyalı başqa bir qapıçı, hazırda "Erzusumspor"da oynayan İbrahim Şehiçi almaq istəyir.

İyunda Türkiyə komandasıyla müqaviləsi başa çatacaq 31 yaşlı futbolçunun azad agent kimi İngiltərəni seçəcəyi istisna olunmur. Şehiçin ingilislərə sərf edəcək qiymətə - 1.5 milyon funta düşəcəyi bildirilir.

 

Digər xəbərlər