"Səbail"də qiyam

"Səbail"də qiyam
Futbol, Eksklüziv
21 Dekabr 2019 - 19:05
Supersport.Az-a çempionatın autsayderi "Səbail"in bərbad çıxışının əsas səbəbi məlum olub.

Məlumatlı mənbə bildirib ki, paytaxt klubunun futbolçularıyla baş məşqçi Aftandil Hacıyev arasında münasibətlər gərgindir. Buna görə oyunçular qarşılaşmalarda qəsdən bütün gücləriylə oynamayıblar. Futbolçular baş məşqçiylə yolların ayrılmasını səbirsizliklə gözləyirlər. AFFA-nın maliyyələşdirdiyi komandada maddi problemin də olduğu bildirilir. Bu arada "Səbail"i tərk edən Ağabala Ramazanov "Zirə"ni seçib.

Qeyd edək ki, 38 yaşlı Aftandil Hacıyevin komandası çempionatda 14 turdan 12 xal toplayaraq qış fasiləsinə sonuncu - 8-ci pillədə yollanıb.

Süleyman Kərimov

 

Digər xəbərlər