"Heç yerdə 28 turluq çempionat yoxdur, yarış bezdiricidir" - Video

"Heç yerdə 28 turluq çempionat yoxdur, yarış bezdiricidir" - Video
Futbol, Eksklüziv, Video
17 Dekabr 2019 - 01:17
Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"a məğlub olan "Keşlə"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun fikirlərini videogörüntüyə alıb.

Təcrübəli futbolçu, çempionatın səviyyəsindən narazı olduğunu bildirib.

"Çempionatın səviyyəsi barədə hamımız şablon olaraq danışırıq. 8 komanda iştirak etdiyindən futbolçulara da çətinlik yaradır. Çünki bir komanda ilə 4 görüş keçirilir. Hətta, kubokdakı oyunları da saysaq, 6 dəfə olur. Bir yeməyi 2 dəfə yeyəndə diksinirsən. Məncə, 1 komanda ilə 6 dəfə qarşılaşmaq artıq bezdirici gəlir. Bundan əvvəl 16 və ya 18 komandalı çempionatlarda oynamışam. 1999-2000 ildən yüksək liqada oynamışam. Həmişə 18 komandalı turnir olub. Hətta 12 klub olsa da, oyun sayı çox olub və marağı daha da artıq olub. Bizdə isə 8 komandadır və 28 oyuna turniri başa vururuq. Heç bir yerdə belə şey yoxdur ki, 28 oyuna çempionat yekunlaşsın. Məncə, bu 30-dan çox olmalıdır. Bu isə həm milli komandaya, həm də klublarımıza təsir edir".

Digər xəbərlər