"Qarabağ" qrupda üçüncü oldu, "Apoel" "Sevilya"nı məğlub etdi

"Qarabağ" qrupda üçüncü oldu, "Apoel" "Sevilya"nı məğlub etdi
Futbol
12 Dekabr 2019 - 23:46
Bu gün Avropa Liqasının qrup mərhələsi başa çatır.

Supersport.Az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda, turnirdə son oyununda Bakıda “Düdelanj”ı qəbul ediv. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyıb.

Azərbaycan çempionundan Abdullah Zubir 4-cü dəqiqədə qolkiperlə təkbətək zamanı zərbəni boşa verib. Azlıqda qalan təmsilçimiz qol da buraxıb. Buna baxmayaraq "Qarabağ" mübariz oyun göstərərək son dəqiqədə "Düdelanj"ın qapısına cavab qolunu vurub.

12 dekabr

UEFA Avropa Liqası

Qrup mərhələsi

6-cı tur

A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) 1-1


Qol: Geye 90, - Buqren 63.

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

21:55. Apoel (Kipr) – “Sevilya” (İspaniya) 1:0











































1.Sevilya660015:218
2.Apoel62139:97
3.Qarabağ61237:105
4.Düdelanj61147:174

Digər xəbərlər