Şenol Günəş: "Mənə pulgir deyənlər ölkəni talan edirlər"

Şenol Günəş: "Mənə pulgir deyənlər ölkəni talan edirlər"
Futbol
21 Noyabr 2019 - 19:17
Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş Beynəlxalq Futbol İqtisadi Forumunda fikirlərini bildirib.

"Həyat davam edir. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqla iş bitmir. İndi püşk, sonra çempionat, ardından Dünya Kuboku var. Məni bu vəzifəyə layiq bilənlərə, hörmətli prezidentə, ölkəmə, xalqıma təşəkkür edirəm. Zəhmət çəkən hər kəsə də minnətdaram Oyunlarımızı izləyərkən ağlayan sənətçilər vardı. Hamı bizim üçün həyəcanlanır. Yorğunluğum heç ağlıma gəlmir. Bəzən oturan zaman yuxulayıram. Bizdə bir könül sevgisi, hörmət, xoş niyyət var.

52 ildir futboldayam. Çox klubda çalışdım. Mənə pulgir deyənlər vardı. Hər kəsə deyirəm, borcum varsa ödəyim. Mənim alacağım varsa, hamıya halal edirəm. Keçmişdə pul olmayanda futbol oynayırdıq. İndi də bunu edirik. Mənim həyatımda ən çox qazancım hazırda olub. Mənə pulgir deyənlər indi ölkəni soyur, talayırlar. Mənim pulumu, 2 ilimi də aldılar mən işimə davam etdim. Pul insanı pis edə bilər. Milli komandada futbolçulara əvvəlcə zövq almağı dedik, nəticə ortadadır. Keyfiyyətli futbol uğurlu nəticə, pullar qazandırır.

Futbolçu, məşqçi olaraq çalışdım. Futbolçulara vaxtilə dəyər, hətta qız verilmirdi. İndi daha çox qiymət verilir. Uğurları kim qazandırdı deyə axtarışdasınız. Şenol, Fatih, Luçesku etdi deyirik. Biz, hamımız etdik. Ölkən, ailən yoxdursa sən də yoxsan. Futbolda mənəmliyi buraxın. Biz varıq, həmişə birlikdəyik. Hörmətli Luçeskuya bir daha təşəkkür edirəm. Bunu etməyənlər də var. Millinin uğuru hamımızındır.

Yeni futbolçular yetişdirilməlidir, akademiyalar qurulmalıdır.

Cenk 20, Yusuf 10 milyona getdi. Hər gedən futbolçu qazanc gətirir. Əcnəbi gələndə pul ödənilməlidir. Türk iqtisadiyyatını qoruyurduq? Qorumaq üçün dünya səviyyəli futbolçu yetişdirilməlidir.

Millidə qalacağımı bilmirəm. İndi işlər yaxşıdır. Pis olsa, vəziyyət bəlli olmaz.

Çalışdığım klublarda pul mənə çirkli gəldiyi üçün bu işə qarışmadan sadəcə fikrimi bildirdim. Futbolçu, məşqçi, prezident nizamını qorumalıyıq, pozmamalıyıq.

Merih, Çağlar, Burak... Hazırda olmayan dünya markası Arda. Biz birlikdə yox etdik onları. Yaş etibarıyla bir yerə gəldilər. Türkiyəni həm təmsil etmək baxımından, həm futbolçu, həm də istedadlı olaraq ən yaxşısı Arda idi.

Məni heç tanımayanlar təhqir, hörmətsizlik edir.

Əsas məqsədimiz 2022-ci il Dünya Kubokunun final mərhələsində iştirak etməkdir.

Kaqavanın alınmasını çox istədilər, mən istəmədim və futbolçuların zəhmət haqqının verilməsini istədim. Pul verməsəniz, əcnəbi futbolçu oynamayacaq. Rəhbərliyi də haqlı hesab edirəm. İctimaiyyəti susdurmaq üçün fürsət olanda dəyərləndirirlər.

Futbolumuzda azarkeş sayı artsa da, hələ ki, aşağıdır. Maddi baxımdan problemi olan şəhərlər var. İnsanlar ora gərgin gələndə təsir edir".

Digər xəbərlər