"İmarət Tayfa" 10 illik yubileyini Ağdamda qeyd etdi - Foto

"İmarət Tayfa" 10 illik yubileyini Ağdamda qeyd etdi - Foto
Futbol, Foto
17 Noyabr 2019 - 19:28
Supersport.Az-ın əldə etdiyi məlumatına görə, "Qarabağ"ın ən böyük fanat ordusu "İmarət Tayfa" 10 illik yubileyilə bağlı Ağdama gedib.

Ötən müddətdə azarkeş qrupu komandalarının uğurları üçün canlarını fəda etməyə hazır olublar. "İmarət Tayfa"nın üzvləri isti, soyuq bilmədən tribunalarda mübarizə aparıblar, "Qarabağ"ın zəfərlərində böyük rol oynayıblar. 

Bu gün fanat ordusunu - 150 azarkeşi Bakıdan üç böyük avtobus doğma məkanına daşıyıb.

"İmarət Tayfa"nın rəhbərlərindən Vasif Qurbanzadə, Elnur Quliyev, Rafiq Tağızadəni, azarkeşləri Ağdam İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb. Rayon rəhbəri, azarkeşlərin böyük əməyini xüsusi qeyd edərək, onlara hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. "İmarət Tayfa"yla birgə "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov da olub.

Azarkeş ordusunu cəbhə bölgəsinə əsgərlərlə görüşə aparanda polis avtomobilləri müşayiət edib.

Hərbçilər qarşısında fanatlar "Qarabağ bizimdir, bizim olacaq", "Ən böyük əsgər, bizim əsgər", "İmarət burda" və başqa şüarlar səsləndiriblər. Azarkeşlər əsgərlərlə birgə futbol oynayıb, nahar edib. Hərbçilər fanatlarla, "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynovla şəkil çəkdiriblər. 

Bundan sonra "İmarət Tayfa" 10 illiyiylə bağlı tədbir keçirib.

Yubileydə "Qarabağ şikəstəsi" oxunub, Ağdamlı, İmarətli günlər xatırlanıb, "Qarabağ" klubunun uğurları qabardılıb. 

 

 

 

Digər xəbərlər