Yığmamızın rüsvayçı məğlubiyyəti

Yığmamızın rüsvayçı məğlubiyyəti
Futbol
13 Noyabr 2019 - 20:20
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşulub.

Supersport.Az xəbər verir ki, millimiz ilk oyununda Yunanıstanın Patra şəhərindəki "Papacharalambio Ethniko" stadionunda bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub. Yığmamızın yeganə qolunu Berkay Vardar vurub.
U-17 qrup mərhələsində növbəti oyununu noyabrın 16-da, saat 16:00-da Almaniya seçmə komandasına qarşı keçirəcək.

13 noyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

1-ci tur

17:00. Yunanıstan - Azərbaycan - 6:1


Qollar: Kristos Liatsos, 36 (1:0), Georgioz Koutsias, 44 (2:0), Kitsakis, 45+1 (3:0), Berkay Vardar, 62 (3:1), Kristopoulos, 74 (4:1), Kristos Liatsos, 84 (5:1), Georgios Surmis, 90+5 (6:1)

Hakimlər: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)
Patra. "Papacharalambio Ethniko" stadionu

Qeyd edək ki, millimiz 9-cu qrupda Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparacaq.

Digər xəbərlər