"Başımızı qaldırıb "Qarabağ"la oyunu düşünməliyik" - "Apoel"in baş məşqçisi

"Başımızı qaldırıb "Qarabağ"la oyunu düşünməliyik" - "Apoel"in baş məşqçisi
Futbol
03 Noyabr 2019 - 09:24
Supersport.Az-ın məlumatına görə, Kipr çempionatında AEK-i məğlub edə bilməyən "Apoel"in baş məşqçisi Tomas Doll oyunu şərh edib.

Alman mütəxəssis nəticədən narazı qaldığını bildirib:

"Futbolçularımızın paltardəyişmə otağında çox məyus olduğunu gördüm. Yaxşı oynasaq da, ancaq qol vura bilmədik.   Rəqibə aid meydanın son 30 metrində bizə daha çox güc sərf etmək lazım idi. Son 10 dəqiqədə iki hücumçu irəlidə oynadı. Komandanın oyununa irəliləyiş hiss olunur. Ancaq qol vurmalıyıq ki, qələbə qazanaq. Mən sevinirəm ki, futbolçularım bunun üçün çalışdılar, bütün güclərini ortaya qoydular. Lakin nəticədən narazı qaldım. Daha çox xal qazanmalıyıq.

 

AEK güclü komandadır, futbol oynamaq istəyir.  Rəqib çox yaxşı müdafiə olundu.

Düşünürəm ki, siz digər stadionlarda futbola baxsanız, bu oyunda çıxış pis olmadı. Əsas məqsədimizə çatmadıq. Gəlin, futbol haqda düz fikir bildirək, başqa şeylərdən danışmayaq".

"Apoel"in baş məşqçisi "Qarabağ"la oyuna ciddi yanaşdıqlarını vurğulayıb:

"İndi başımızı qaldırmalıyıq. Qarşıda Avroliqanın vacib oyunu var. "Qarabağ"la matçda hansı futbolçuların meydana çıxacağını deyə bilmərəm. Ola bilər ki, oyuna gecə hazırlaşmağa başlayacağam".

 

 

Digər xəbərlər