"Beşiktaş"ın yeni prezidenti - Nur
Futbol
21 Oktyabr 2019 - 01:12
Türkiyənin "Beşiktaş" klubunun yeni rəhbəri müəyyənləşib.
Supersport.Az-ın xəbərinə görə, seçkidə Əhməd Nur Çebi İstanbul təmsilçisinin prezidenti seçilib.
Serdal Adalı və Hürser Tekinoktay da prezidentlik uğrunda mübarizə aparıb. Lakin
Əhməd Nur Çebi səslərin 5009-nu, Serdal Adalı 2983-nü, Hürser Tekinoktay 437-ni toplayıb.
Əhməd Nur "Beşiktaş"ın 34-cü prezidenti olub. Ondan əvvəl 7 il bu vəzifədə olan Fikrət Orman bir müddət əvvəl istefa verib.