"Barselona" - "Real Madrid": məkan dəyişdirilə bilər

"Barselona" - "Real Madrid": məkan dəyişdirilə bilər
Futbol
16 Oktyabr 2019 - 20:04
Supersport.Az-ın məlumatına görə, 26 oktyabrda "Kamp Nou"da keçirilməsi nəzərdə tutulan "Barselona" - "Real Madrid" matçının yeri dəyişdirilə bilər.

La Liqanı təşkil edən qurum "El Klasiko"nun Madriddə oynanılması istəyindədir. Buna səbəb kimi Kataloniyada siyasi vəziyyətin gərgin olması göstərilir.

Bu tələb qəbul edilsə, ilk oyun "Santyaqo Bernabeu"da keçirilsə, 1 martda revanş matçı "Kamp Nou"da olacaq.

 

Digər xəbərlər