Rüstəm gümüş, Hidayət bürünc medal qazandı

Rüstəm gümüş, Hidayət bürünc medal qazandı
Digər, Cüdo
27 Avqust 2019 - 16:13


Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinalında qarşılaşıblar.

Supersport.Az-ın məlumatına görə, 73 kq çəkidə çıxış edən idmançılar 1/4 finalda müvafiq olaraq Tohar Butbulu (İsrail) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub ediblər.
Yarımfinal mərhələsində Azərbaycan dueli olub. Rüstəm Orucovla Hidayət Heydərov finala vəsiqə uğrunda üz-üzə gəlib. Rüstəm qələbə qazanaraq finalda yapon Şohei Onoya rəqib olub. Orucov olimpiya, ikiqat dünya çempionuna bu dəfə də məğlub olaraq gümüş medalla kifayətlənib.



Hidayət Heydərov isə bürünc medal uğrunda tacik Somon Mahmadbekova qalib gəlib.



Bu gün mübarizəyə qoşulan millinin digər üzvü - 57 kq çəkidə çıxış edən İçinxorloo Munxtsedev ilk görüşdə Miryam Roperə (Panama) uduzub.



Qeyd edək ki, ilk iki yarış günündə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər.



Digər xəbərlər