"Qarabağ" təhlükəli komandadır"

"Qarabağ" təhlükəli komandadır"
Futbol
22 Avqust 2019 - 13:08
İrlandiyanın "Dundalk" komandasının məşqçisi Ruaidri Hiqqins bu gün Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild" – "Qarabağ" oyunu barədə fikirlərini bölüşüb.

Supersport.Az-ın məlumatına görə, mütəxəssis BBC-yə deyib ki, "Qarabağ"ı iki oyunun nəticəsinə görə kənarlaşdırmaq "Linfild" üçün qəhrəmanlıq olar.
"Azərbaycan əslində tanınan futbol ölkəsi deyil. Amma son 5-6 ilə baxsaz görərsiniz ki, "Qarabağ" dörd dəfə Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrupunda oynayıb. Onlar Madriddə "Atletiko" ilə ÇL oyununda xal qazanıblar. Əgər "Linfild" üzərinə düşən vəzifənin öhdəsindən gəlsə, bu, Şimal və Cənub da daxil olmaqla bütün İrlandiya futbolu üçün böyük uğur olacaq. 90 dəqiqə ərzində istədiyin nəticəni əldə etmək başqadır, amma "Qarabağ" kimi komandanın iki oyunun nəticəsinə əsasən, keçmək qəhrəmanlıq olar".


"Dundalk" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a rəqib olub və uduzaraq yarışda mübarizəni dayandırıb.

Hiqqins "Qarabağ"ın təhlükəli komanda olduğunu söyləyib:

"Qarabağ" bütün komanda olaraq təhlükəlidir. Xüsusən hücumda.Onlar topla oynamağı sevirlər. İki vinger – Xayme Romero və Abdullah Zubir bu il Avropada qarşılaşdığımız ən təhlükəli oyunçular olub. Onlar bizə həqiqətən zərbə vurdular. Heyətlərində belə futbolçuların olması təəccüblü deyil. Bu iki oyunçunun qiyməti bizim bütün komandanın büdcəsi qədərdir. Onların cinah hücumları çox təhlükəli olur. Əgər ötürmə alırlarsa, cərimə meydançasına aqressiv hücum edirlər".

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək "Linfild" – "Qarabağ" ilk matçı Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.

Digər xəbərlər