"Qarabağ"la oyunun çəkisi çoxdur - gözümüzü yağ-çörəkdən də çəkə bilmərik”

"Qarabağ"la oyunun çəkisi çoxdur - gözümüzü yağ-çörəkdən də çəkə bilmərik”
Futbol
20 Avqust 2019 - 10:31
Supersport.Az  xəbər verir ki, Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi David Hili ölkə çempionatında "Kolreyn"lə görüşdə məğlubiyyət, həmçinin Avropa Liqasının "Qarabağ"la pley-off matçları barədə açıqlama verib:

"Son turda aldığımız məğlubiyyəti həzm edirəm. Amma futbolçularımı sərt tənqid edə bilmərəm. Futbolçular son qarşılaşmada istədiyimiz kimi çıxış etməsə də, onlara irad bildirmərəm. Çünki onlar bu mövsüm məni həddən artıq çox sevindirib. Xüsusilə də Avropa miqyasındakı çıxışları çox yaxşı alınıb".

Mütəxəssis bildirib ki, avrokubokda güvəndiyi heyətdə ciddi dəyişikliklər edib:

"Sutyeska" ilə görüşdə iştirak edən heyətdən beş futbolçu "Kolreyn"ə qarşı oynamırdı. Buna baxmayaraq, deməzdim ki, heyət zəifləmişdi. Lakin təəssüf ki, hesabı 2:3-ə qədər gətirdikdən sonra daha bir səhv nəticəsində qol buraxdıq. Biz "Qarabağ"la qarşıdakı oyunda daha yaxşı olmalıyıq və olacağıq da. Həmin matçın miqyası, çəkisi daha yüksəkdir. Bu, bizim üçün əla avrokubok mövsümüdür. Amma biz gözümüzü ölkə çempionatındakı yağ-çörəkdən də çəkə bilmərik”.

Qeyd edək ki, "Qarabağ" 22 avqust səfərdə "Linfild"in qonağı olacaq. Cavab matçı 29 avqust Tofiq Bəhramov adında Respublika stadionunda keçiriləcək.

Digər xəbərlər