"Qarabağ"ın rəqibi "Linfild" oldu

"Qarabağ"ın rəqibi "Linfild" oldu
Futbol
14 Avqust 2019 - 01:35
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Apoel-ə uduzaraq mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Linfild" klubuyla qarşılaşacaq.  Avroliqanın 3-cü təsnifat mərhələsində Şimali İrlandiya komandası "Sutyeska"nı (Monteneqro) mübarizədən (2:1, 3:2) kənarlaşdıraraq "Qarabağ"a rəqib olub.
Qeyd edək ki, pley-off-un oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.

Digər xəbərlər