"Neftçi" – "Arsenal": hakimlər məlum oldu

Futbol
26 İyul 2019 - 16:36
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Arsenal" matçının təyinatları açıqlanıb.

Oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək. UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

Xatırladaq ki, avqustun 1-i 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlanacaq.

Digər xəbərlər