Azərbaycan cüdoçusu Turan Bayramov qızıl medal qazandı

Azərbaycan cüdoçusu Turan Bayramov qızıl medal qazandı
Digər, Cüdo
24 İyul 2019 - 15:10


Supersport.Az-ın məlumatına görə, Azərbaycan cüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

İdmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.

T.Bayramov uğura gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlub edib.
Bu çəki dərəcəsində bürünc medalları türkiyəli Muhammed Demireldən üstün olan kiprli Georgios Balarcişvili və yunanıstanlı Mikis Tontinidisə qalib gələn estoniyalı Vilyar Lipard sahib çıxıb.

Yarışın ilk günü təmsilçilərimizdən Şükran Zamanlı (55 kq) və Gülşən Bəşirova (44 kq) bürünc mükafat qazanıb.

Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.

 

Digər xəbərlər