"Neftçi" darmadağınla növbəti mərhələdə - Video

"Neftçi" darmadağınla növbəti mərhələdə - Video
Futbol, Video
19 İyul 2019 - 02:00
Supersport.Az xəbər verir ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsində təmsilçilərimizdən olan "Neftçi" Bakıda Moldovanın "Sperantsa" klubunu qəbul edib. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn "ağ-qaralar" növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə etmişdi. "Neftçi" "Sperantsa"ya cavab oyununda 6 qol vuraraq, növbəti mərhələdə Rusiya "Arsenal"ına (Tula) rəqib olub.

18 iyul

Avropa Liqası, 1-ci təsnifat mərhələsinin cavab oyunu

21:00 "Neftçi" (Azərbaycan) – "Sperantsa" (Moldova) 6-0

Qollar: V. Platellas, 18 (1:0), 40 (3:0), E. Mahmudov, 24-penalti (2:0), D. Federiko, 42 (4:0), Stiven Monroz, 68 (5:0), İsmayıl Zülfüqarlı, 76 (6:0)

İlk oyun – 3:0

Baş hakim: Yulian Vaynbeger (Avstriya)

Bakı. 8-ci km stadionu

Digər xəbərlər