Qurban Qurbanovun sorğu-sual olunacağı vaxt açıqlandı

Qurban Qurbanovun sorğu-sual olunacağı vaxt açıqlandı
Futbol
15 İyul 2019 - 20:02
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Partizani" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

İyulun 16-da "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Partizani"nin baş məşqçisi isə saat 19:45-də "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Digər xəbərlər