"Qarabağ" daha aqressiv oynadı"

"Qarabağ" daha aqressiv oynadı"
Futbol
03 İyul 2019 - 13:38
Supersport.Az xəbər verir ki, "Viktoriya"nın 49 yaşlı məşqçisi Zdenek Beçka "Qarabağ"la yoxlama oyunundan sonra klubun rəsmi saytına fikirlərini bildirib.

"Birinci hissə düşündüyümüz kimi keçmədi, heç nə alınmadı. Matçın gedişində fərqli taktika sınaqdan keçirdik. Təəssüf ki,  bizdə heç nə alınmadı. Rəqib daha aqressiv idi və bu amil bizim çox vaxtımızı aldı. Fasilədən sonra klassik 4-2-3-1 taktikamıza döndük. 5-6 oyunçu əvəzləməsindən sonra istər-istəməz oyunda da dəyişiklik olur. Biz artıq oyuna dominantlıq edirdik. Yaxşı ki, ehtiyatdakı uşaqlar komandanın gücünə təkan verdi. Bu, rəqabəti artırır və hamı görür ki, yeri təmin olunmayıb".

Digər xəbərlər