"Qarabağ"ın rəqibi yenə məğlubiyyətlə üzləşdi

"Qarabağ"ın rəqibi yenə məğlubiyyətlə üzləşdi
Futbol
27 İyun 2019 - 01:21
Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Partizani" Sloveniyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.

Supersport.Az-ın məlumatına görə, Albaniya çempionu Sloveniyanın "Mura" klubu ilə qarşılaşmada 1:2 hesabı ilə uduzub.

Komanda bundan əvvəl yoxlama görüşündə Bosniya və Hersoqovina təmsilçisi "Sarayevo"ya  məğlub olmuşdu - 1:5.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması ilə bir həftə sonra Bakıda keçiriləcək.

Digər xəbərlər