Eksklüziv: Avroliqanın Bakı finalıyla bağlı maraqlı faktlar

Eksklüziv: Avroliqanın Bakı finalıyla bağlı maraqlı faktlar
Futbol, Eksklüziv
29 May 2019 - 14:45
Supersport.Az-a açıqlamasında AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla Avropa Liqasının finalıyla bağlı maraqlı məlumatlar verib.

Qurum rəsmisi, bildirib ki, Bakı Olimpiya Stadionunda keçiriləcək bu qarşılaşma 40-a yaxın ölkədə canlı yayımlanacaq və televiziyadan 1 milyarddan artıq tamaşaçının izləyəcəyi gözlənilir.

UEFA Avroliqaya hazırlıqla bağlı 68 mindən çox azarkeş tutumuna malik stadionda yerlərin sayını 63 minə azaldıb. Biletlərin qiymətləri standart olaraq 30, 60, 90, 140 avro təşkil edib və artıq tam satılıb.

Avroliqanın həlledici qarşılaşmasını media ordusu izləyəcək: ümumilikdə 450 mətbuat nümayəndəsi stadionda iş başında olacaq.

"Çelsi" - "Arsenal" finalı bu gün saat 23:00-da başlayacaq. Avropa səviyyəsində ilk dəfə finalda VAR sistemindən istifadə olunacaq. Oyunu 36 videokamera çəkəcək.

Hər iki komandanın futbolçularının qiyməti 1 milyard 510 min 500 avro təşkil edir. "Çelsi"nin təxmini dəyəri 885 milyon, "Arsenal"ın isə 625 milyon 500 min avrodur.

Belçikalı Eden Hazard, 150 milyon avro ilə "Zadəganlar"ın, qabonlu Pyerr-Emerik Aubameyanq ise 75 milyon avroyla "Topçular"ın ən bahalı futbolçusudur.

 

Digər xəbərlər