"Finalı buraxmaq çox ağırdır" - erməni futbolçu Bakıya gəlməkdən yenə qorxdu

"Finalı buraxmaq çox ağırdır" - erməni futbolçu Bakıya gəlməkdən yenə qorxdu
Futbol
21 May 2019 - 15:33
Supersport.Az-ın məlumatına görə, "Arsenal" futbolçusu Henrix Mxitaryanı Avropa Liqasının Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib.

İngiltərə klubunun rəsmi saytı, erməni yarımmüdafiəçinin Bakıya gətirilməyəcəyi haqda xəbər yayıb:

"Henrixin finalda komandayla birgə olması üçün bütün variantları diqqətlə araşdırdıq. "Arsenal" futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya aparmamağa qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur".

Üçüncü dəfə Bakıya gəlməkdən qorxan Henrix, bu məsələylə əlaqədar təəssüfləndiyini bildirib:

"Bütün variantlara baxdıq, asan olmayan qərar verdik ki, mən komandayla Avropa Liqasının finalına getməyim. Belə oyun futbolçu karyerasında nadir halda olur və finalı buraxmaq mənim üçün çox ağırdır. Mən komanda yoldaşlarıma azarkeşlik edəcəyəm. Kuboku evə gətirin".

 

Qeyd edək ki, mayın 29-u Avroliqanın finalında "Arsenal" "Çelsi" ilə qarşılaşacaq.

 

Digər xəbərlər