Taekvondo yığmamız birinci yeri tutdu

Taekvondo yığmamız birinci yeri tutdu
Digər, Taekvondo
19 May 2019 - 00:26
Supersport.Az-ın məlumatına görə, Türkiyənin gənclik və idman bayramı münasibətilə Ordu şəhərində təşkil edilən beynəlxalq turnirdə Azərbaycan taekvondoçuları yüksək nəticə qazanıblar.

Mükafatçılar sırasında yer alan taekvondoçulardan Pünhan Mürsəlov (41 kq), Fərid Əliyev (-49 kq), Asim Əlimov (65 kq yuxarı), Səmmərux Osmanova (51 kq) qızıl medal, Səriyyə Bağırova (51 kq) gümüş medal, Fazil Hüseynov (57 kq) turniri bürünc medalla başa vurub.

Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun çalışdırdığı yeniyetmə millimiz komanda hesabında qızlar arasında 2-ci yer, oğlanlar arasında 1-ci, ümumi medal sayında görə də 1-ci pilləyə sahib olub.cək.

Digər xəbərlər