Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Supersport.Az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandamızı italiyalı Covanni Kaprara çalışdıracaq. O, bu vəzifədə səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyib.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis daha əvvəl Rusiya və Yunanıstanın qadınlardan ibarət voleybol millisini çalışdırıb.