"Qarabağ"ın dərs keçdiyi PAOK-dan çempionluq - 34 il sonra

"Qarabağ"ın dərs keçdiyi PAOK-dan çempionluq - 34 il sonra
Futbol
22 Aprel 2019 - 22:21
Supersport.Az-ın məlumatına görə, PAOK 34 il sonra Yunanıstan çempionu olub.

Saloniki təmsilçisi 29-cu turda "Levadiakos"u 5 qolla məğlub edərək yarışın başa çatmasına bir tur qalmış 77 xalla birinci yeri təmin edib.

1975-1976, 1984-1985-ci illərdə çempion olan PAOK 34 il sonra üçüncü dəfə ölkəsinin ən güclüsü olub.

Məğlubedilməz komanda son oyunda da qalib gəlsə, 1964-cü ilin ardından ilk dəfə superliqada uduzmayaraq çempionluq qazanan komanda olacaq.

 

Qeyd edək ki, Avropa Liqasının qrupunda PAOK-la qarşılaşan zaman "Qarabağ" hər iki oyunda - 2:0, 1:0 hesabıyla qalib gəlib.  

Digər xəbərlər