"Səbail" "Zirə"ni, "Neftçi" "Keşlə"ni uddu
Bu gün Azərbaycan Premyer Liqasında son dövrəyə start verilib.
Supersport.Az-ın məlumatına görə, bu gün 22-ci turun 2 oyunu keçirilib.
İlk qarşılaşmada "Zirə" öz meydanında "Səbail"ə məğlub olub.
Qonaq komandanın yeni transferi Maykl Essyen bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Digər oyunda isə lider "Neftçi" "Keşlə"yə səfərdə qalib gəlib.
Roberto Bordinin komandası qələbə qazanaraq lider mövqeyini qoruyub.
31 mart soyqırımı gününə görə turun digər iki oyunu sabah yox, aprelin 1-də (bazar ertəsi) keçiriləcək.
30 mart (şənbə)
16:00. “Zirə” – “Səbail” 1-2
Qollar: Xulio Sezar Rodriges 69 - Ağabala Ramazanov 41, Şəhriyar Rəhimov 90+4.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu
18:30. “Keşlə” – “Neftçi” 0-1
Qol: Emin Mahmudov 79-pen
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
“ASK Arena”
1 aprel (bazar ertəsi)
14:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Qəbələ şəhər stadionu
18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Sumqayıt, "Kapital Bank Arena"
Bombardirlər
Baqali Dabo ("Neftçi") - 9 qol
Ceyms Adeniyi ("Qəbələ") -8 qol
Mahir Mədətov ("Qarabağ") - 7 qol
Marko Deviç ("Sabah") -7 qol