"Qarabağ"ın legionerində ağır zədə

"Qarabağ"ın legionerində ağır zədə
Futbol
26 Mart 2019 - 01:08
 "Zirə"ylə yoxlama oyununda (2:1) zədələnən "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçakın durumuna aydınlıq gəlib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, polşalı futbolçu ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, 32 yaşlı oyunçu Azərbaycan Premyer Liqasının 22-ci turunun "Sumqayıt"la səfər matçını buraxacaq.
Qeyd edək ki, aprelin 1-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşü 18:30-da başlayacaq.

Digər xəbərlər