Əliyar Ağayev Avro-2020-nin oyununda

Əliyar Ağayev Avro-2020-nin oyununda
Futbol
22 Mart 2019 - 20:51
FİFA referisi Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Polşa – Latviya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək.

Digər xəbərlər