"Yuventus"dan bilet satışında rekord gəlir

"Yuventus"dan bilet satışında rekord gəlir
Futbol
13 Mart 2019 - 15:56
Çempionlar Liqasının 1/8 finalında "Yuventus" "Atletiko" ilə cavab matçında bilet satışından rekord gəlir əldə edib.

Supersport.Az-ın kluba istinadən məlumatına görə, Turin təmsilçisi Madrid komandasıyla ev görüşünün biletlərindən ümumilikdə 5.5 milyon avro qazanıb.  Bu isə klub tarixində rekord göstəricidir.  Bundan əvvəlki rekord  2018-ci ilin noyabrında "Mançester Yunayted"lə oyuna (5 milyon avro) məxsus idi.
Qeyd edək ki, "Yuventus" "Atletiko"ya 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Digər xəbərlər