"Neftçi"nin oyunu gənc hakimə, "Qarabağ"ın matçı FİFA referisinə həvalə olundu

"Neftçi"nin oyunu gənc hakimə, "Qarabağ"ın matçı FİFA referisinə həvalə olundu
Futbol
12 Mart 2019 - 15:30
Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.

Supersport.Az xəbərinə görə, "Səbail" - "Qarabağ" görüşü FİFA referisi Əliyar Ağayevə, "Neftçi" - "Qəbələ" matçı isə gənc hakim Səbuhi Bayramova tapşırılıb.

15 mart (cümə)

16:00. "Sabah" – "Sumqayıt"


Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Əlincə Arena

16:00. "Zirə" – "Keşlə"


Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

16:45. "Səbail" – "Qarabağ"


Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena

19:00. "Neftçi" – "Qəbələ"


Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
8-ci km stadionu

Digər xəbərlər