AFFA-dan Mehdiyə ağır cəza

AFFA-dan Mehdiyə ağır cəza
Maqazin, Futbol
12 Mart 2019 - 15:25
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Supersport.Az-ın məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının XX turunda baş verən qayda pozuntuları ilə  bağlı qərarlar qəbul olunub.
 “Qəbələ” – “Səbail” matçında  “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 73-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. “Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunb. Oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Oyunun 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.

Digər xəbərlər