"Qarabağ"ın geridə qoyduğu klublar: "Milan", "Everton", "Ayntraxt"...

"Qarabağ"ın geridə qoyduğu klublar: "Milan", "Everton", "Ayntraxt"...
Futbol
07 Mart 2019 - 02:55


Supersport.Az-ın məlumatına görə,  UEFA reytinqində klublarımızdan ən yaxşı göstəriciyə malik altıqat ölkə çempionu "Qarabağ"dır.
Ağdam təmsilçisi 450 komanda sırasında 22.000 xalla 69-cu pillədə qalıb. Ötən il Azərbaycan təmsilçisi 66-cı yerdə olub.



"Qarabağ", İtaliyanın "Milan", İngiltərənin "Everton", Almaniyanın "Ayntraxt" kimi klublarını da geridə qoyub.



Azərbaycnın digər klubu "Qəbələ" 6,250 xalla 164-cü pillədədir. "Keşlə" 273-cü, 3.800 xala malik "Neftçi", "Zirə" və "Kəpəz" isə la  müvafiq olaraq 274, 275, 276-cı yerləri bölüşdürür.


Siyahıya "Real Madrid" (146 xal) başçılıq edir. Sonrakı yerləri 128 xala malik "Bayern", "Barselona", 127 xalla "Atletiko", 120 xalla "Yuventus" tutur.

Digər xəbərlər