"Beşiktaş"ın azərbaycanlı fanatlarından xeyriyyə aksiyası - Şəkillər

"Beşiktaş"ın azərbaycanlı fanatlarından xeyriyyə aksiyası - Şəkillər
Futbol, Foto
06 Mart 2019 - 15:41
Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"ın azərbaycanlı azarkeşləri cəbhəyanı kəndlərə baş çəkərək şagirdlərə hədiyyələr veriblər. Fanatlar martın əvvəlində Ağcabədi rayonunun Mişni kənd tam orta məktəbində təhsil alan uşaqlarla görüşüblər.

Şagirdlərə müxtəlif kitablar, məktəb ləvazimatları, üzərində "Beşiktaş"ın simvolları həkk olunmuş formalar, şərflər və papaqlar hədiyyə olunub. Məktəblilərlə söhbət edib, onların arzuları barədə danışan türk klubunun fanatlar bir daha görüşmək ümidi ilə birlikdə xatirə fotosu çəkdiriblər.

Bu səfər "Kənd məktəblilərinə yardım" şüarı ilə keçirilən aksiyanın dördüncü tədbiri idi. Azərbaycanlı "Beşiktaş"lılar qrupu bir neçə ay əvvəl Ağdamın və 2 dəfə Daşkəsənin cəbhəyanı kəndlərinə səfər edərək oradakı məktəblilərlə görüşmüşdü. Qrup gələcəkdə belə xeyriyyə aksiyalarının Azərbaycanın digər bölgələrində də keçirilməsini planlaşdırır.



 

Digər xəbərlər