Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev yaponun kürəyini yerə vurdu - Şəkillər

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev yaponun kürəyini yerə vurdu - Şəkillər
Digər, Cüdo, Foto
24 Fevral 2019 - 23:07


Supersport.Az-ın məlumatına görə, Almaniyanın Düsseldorf şəhərində "Böyük Dəbilqə" yarışının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub.

Yarışda 93 ölkədən 605 cüdoçu mübarizə aparıb. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunub.

Milli komandamızın 3 üzvü də nüfuzlu turnirdə medala layiq görülüb.

Kişilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Məmmədəli Mehdiyev (-90 kq) Düsseldorf turnirini qızıl medalla başa vurub. Cüdoçumuz İsrail, Çin, Dominikan, Kuba, Serbiya və Yaponiya təmsilçilərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finala qədər uğurla irəliləyən Məmmədəli Mehdiyev (90 kq) həlledici döyüşdə yapon Sanşiro Muraoya qalib gələrək birinci olub. Cüdoçumuz 1000 xal da qazanıb. Beynəlxalq Cüdo Federasiyası M.Mehdiyevin də uğuruna yer verib.

Millimizin iki üzvü - Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb. Beləliklə Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 4 medala sahib olublar. Yarışın ilk günü Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb.

Qeyd edək ki, yarışda ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Digər xəbərlər