Rüstəm Orucovdan 3-cü yer və 500 xal

Rüstəm Orucovdan 3-cü yer və 500 xal
Digər, Cüdo
24 Fevral 2019 - 13:06
Supersport.Az-ın məlumatına görə, Almaniyanın Düsseldorf şəhərində cüdoçuların "Böyük dəbilqə" yarışında ölkəmiz medal qazanıb. Mötəbər turnirdə 93 ölkədən 605 cüdoçu mübarizə aparıb. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunur.

Komandanın liderlərindən olan Rüstəm Orucov (73 kq) 1/4 finalda yaponiyalı olimpiya və 4-qat dünya çempionu Ono Syoxeyə məğlub olub. O, növbəti 2 qarşılaşmada müvafiq olaraq polşalı və rusiyalı rəqiblərini məğlub edərək 3-cü yeri tutub.

Qeyd edək ki, "Böyük dəbilqə"də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Digər xəbərlər