"Yuventus" Muhamməd Salahla razılıq əldə edib

"Yuventus" Muhamməd Salahla razılıq əldə edib
Futbol
15 Fevral 2019 - 17:38
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionunun dünya futbolunun daha bir ulduzuyla razılığa gəldiyi xəbəri yayılıb.

"Yuventus"un "Liverpul"la anlaşdığı bildirilir. Məlumatda qeyd olunub ki, Turin klubu Muhamməd Salahı alıb, Dibala ilə yanaşı 50 milyon avro verəcək.

Dibalanın qiyməti 75 milyon avro olduğu düşünülsə, bu transfer ümumilikdə 125 milyona başa gələcək. İtaliya mətbuatı belə məlumata yer verib.

Bir müdddət əvvəl "Yuve"nin misirli futbolçu üçün 160 milyon avro verəcəyi qeyd olunmuşdu.

Kriştiano Ronalddonun Muhamməd Salahın transferinə müsbət yanaşdığı, bu arzuda olduğu vurğulanıb. 

Qeyd edək ki, İtaliyada "Roma", "Fiorentina" klublarında çıxış etmiş 26 yaşlı misirli futbolçu 42 milyon avroya "Liverpul"a keçmişdi. İngiltərədə parlaq ulduza çevrilən Muhamməd Salah, 86 oyunda 64 qol vurub.

Digər xəbərlər