"Neftçi"nin qolkiperi sıradan çıxdı

"Neftçi"nin qolkiperi sıradan çıxdı
Futbol
11 Fevral 2019 - 16:40
"Neftçi"nin qapıçısı Aqil Məmmədov zədələnib.

Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qolkiper son məşqlərdən birində daban oynağından zədə alıb. Həkimlərin rəyinə görə, Məmmədov 3-4 həftə müalicə olunacaq. O, yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, təcrübəli qapıçı qış transferində "Qəbələ"dən "Neftçi"yə transfer olunub.

Digər xəbərlər