Eksklüziv: Milan Obradoviç narazıdır

Eksklüziv: Milan Obradoviç narazıdır
Futbol, Eksklüziv
06 Fevral 2019 - 15:22
Supersport.Az-ın əldə etdiyi məlumata görə, U-21 yığmamızın yeni baş məşqçisi Milan Obradoviç narazıdır.

Məsələ burasındadır ki, serb mütəxəssis futbolçuların klublarında daha çox oynamaması və seçmə komandanın əksər üzvlərinin xarici çempionatlarda çıxış etməməsindən narahat olub. Baş məşqçi bununla bağlı AFFA rəhbərliyinə fikirlərini bildirib. Milan Obradoviç Azərbaycan Premyer Liqası klublarının məşqçiləriylə görüşmək niyyətindədir. Bundan başqa, mütəxəssis birinci divizion komandalarının oyunlarını izləməyi düşünür.

Xatırladaq ki, bir müddət əvvəl Antalyada təlim-məşq toplanışı keçirən yığmamız "Spartak-2" komandasıyla yoxlama oyununda qolsuz bərabərliklə kifayətlənib.

 

Digər xəbərlər