İstanbulda keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri ölkəmiz üçün uğrulu olub.
Supersport.Az-ın məlumatına görə, 11 ölkədən 200-ə yaxın güləşçinin mübarizə apardığı yarışın ilk günü Taleh Məmmədov (63 kq) ikinci, Rafiq Hüseynov (82 kq), Orxan Nuriyev (97 kq) üçüncü, son günündə isə Murad Məmmədov (60 kq) birinci, Oyan Nəzəriani (130 kq) isə ikinci olub.
Beləliklə, millimiz ənənəvi turniri 5 medalla başa vurub.
Yekunda 114 xal toplayan komandamız dördüncü yeri tutub.
Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Vüqar Şükürov yarışda ədaləti qoruyub.