Mitroğlu rəsmən "Qalatasaray"da

Mitroğlu rəsmən "Qalatasaray"da
Futbol
31 Yanvar 2019 - 21:28
"Marsel"in hücumçusu Kostas Mitroğlunun "Qalatasaray"a keçidi rəsmiləşib.

Supersportt.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı forvardla 1.5 illik icarə müqaviləsi imzalanıb. İstanbul klubu bu keçid üçün qarşı tərəfə 4.5 milyon avro ödəyib.

Qeyd edək ki, 31 yaşlı yunanıstanlı oyunçu bu mövsüm 20 matçda 3 qol vurub.

Digər xəbərlər