"Qarabağ"ın qəhrəmanı Adil Nadirovla vida - Video

"Qarabağ"ın qəhrəmanı Adil Nadirovla vida - Video
Futbol, Eksklüziv, Video
29 Yanvar 2019 - 01:50
Supersport.Az "Qarabağ"ın təsisçilərindən biri, sabiq futbolçu və əməkdar məşqçi Adil Nadirovun vida mərasimini videogörüntüyə alıb.

"Qarabağ"ımızın daha bir əfsanəsi, 69 yaşlı Adil Nadirov Qarabağsız haqq dünyasına qovuşub.

Tanınmış mütəxəssisin vida mərasimində klubun məşqçisi Müşfiq Hüseynov, direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov, baş mühasibi Əli Əkbərov, məsləhətçisi Murat Karaman, həmçinin keçmiş oyunçusu Vüqar Nadirov, jurnalist Asəf Quliyev, veteran futbolçular, fanatlar və başqa şəxslər iştirak edib mərhuma Allahdan rəhmət diləyiblər. Supersport.Az-ın məlumatına görə, AFFA və PFL-dən isə heç bir nümayəndə Azərbaycanın əməkdar məşqçisi, uzun illər "Qarabağ"ın yaşaması üçün canını fəda edən Adil Nadirovun dəfninə gəlməyib. Vida mərasimində mediadan yalnız saytımızın təmsilçisi olub.

Digər xəbərlər