Azərbaycan futbolunda 1 dəqiqəlik sükut olacaq

Azərbaycan futbolunda 1 dəqiqəlik sükut olacaq
Futbol
28 Yanvar 2019 - 20:31
Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısının ilk turu  bir dəqiqəlik sükutla başlayacaq.

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın təsisçilərindən olan, klubun sabiq prezidenti Adil Nadirovun dünyasını dəyişməsi ilə əlaqədardır.

15-ci turun bütün qarşılaşmalarında A.Nadirovun xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Artıq Peşəkar Futbol Liqası bununla bağlı qərar qəbul edib.

Qeyd edək ki, 15-ci turun oyunları 2-3 fevralda keçiriləcək.

Digər xəbərlər