"Qarabağ"ın keçmiş qolkiperi ən yaxşılar sırasında - "Şehiç divarı" - Foto-Video

"Qarabağ"ın keçmiş qolkiperi ən yaxşılar sırasında - "Şehiç divarı" - Foto-Video
Futbol, Video, Foto
26 Yanvar 2019 - 22:16
Supersport.Az-ın məlumatına görə, Türkiyə superliqasında "Beşiktaş"dan xal qoparmaqda böyük xidməti olan "Ərzurumspor"un qapıçısı İbrahim Şehiçin haqda qardaş ölkə mətbuatında müsbət fikirlərə yer verilib. Bərabəriklə başa çatan oyunda hər iki qolu İstanbul təmsilçisinin futbolçusu Dorukxan Toköz vurub.

Bosniyalı qolkiperin İstanbul klubunun 5 təhlükəli epizodunun 4-də xilaskar rolunu oynayaraq alqış qazandığı qeyd olunub.

Bəzi saytlar "Beşiktaş"dan ən yaxşı kimi Dorukxan Toköz, "Ərzurumspor"dan isə Şehiç fərqləndirilib. Qolkiper 85-ci dəqiqədə sarı vərəqəylə cəzalanıb. Türkiyə mətbuatı "Vodafone Park"da Şehiç divarı" başlıqlı xəbərə də yer verib.

Ərzurum klubunun baş məşqçisi Mehmet Özdilək bir müddət əvvəl İbrahim Şehiç barədə xoş sözlər bildirib:

"Qəti bildirim ki, bu komandadan hamı gedər, qapıçı Şehiç qalar. O, superliqanın ən təcrübəli qolkiperləindən biridir, əvvəllər də ölkəmizdə oynadı. Biz ondan razıyıq. Hansı komandanın nə düşündüyü bizi maraqlandırmır. Şehiç bu şəhərin klubuna xidmət edəcək".

"Beşiktaş"la oyunu dəyərləndirən mütəxəssis, "Komandamızın çox yaxşı qolkiperi var" deyib.




 

Digər xəbərlər