"Qarabağ"ın zədəliləri qayıtdı

"Qarabağ"ın zədəliləri qayıtdı
Futbol
26 Yanvar 2019 - 11:45


Antalyada qış təlim-məşq toplanışında olan "Qarabağ" sonuncu məşqinə çıxıb.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın son hazırlığı dünən axşam saatlarında meydançada keçirilib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.
 Mikrozədələri olan iki futbolçu - Miçel və Abdullah Zubir komanda ilə məşqlərə başlayıb. Digər zədəli oyunçusu Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxacaq. Ağdam təmsilçisi Bakı vaxtı ilə 12:00-da Donetsk "Şaxtyor"u ilə qarşılaşacaq.


Digər xəbərlər